Güney Azərbaycanlı fəal Rza Vasiqi məhkəməyə çağırılıb.
Səna sistemi ilə göndərilən bildirişə görə, fəal son müdafiəsi üçün məhkəməyə müraciət edəcək. Belə ki, o, Ərdəbil şəhərinin umumi və inqilab dadsərasının 8-ci şöbəsində “dövlət məmurlarının əmrinə tabe olmamaq” ittihamı ilə özünü müdafiə etməlidir. Məlumata görə, milli mədəni fəalllar Rza və Əli Vasiqi Mordadın 20-də Ərdəbilin İnqilab məhkəməsinin 1-ci şöbəsinə gələcək. Beləliklə “bölücülük və millətçilik mahiyyəti ehtiva edən bildirişlər yayımlayaraq milli əmniyyətə qarşı cürm törətmək ittihamını müdafiə edəcəklər. Xatırladaq ki, Rza Vasiqi və qardaşı Əli Vasiqi, xordadın 21-də iş yerində məhkəmə hökmü göstərilmədən döyülərək tutuqlanıb. Fəalların hər biri xordadın 27-də 110 milyon Tümən vəsiqə qarşılığında azad edilib. Vasiqi qardaşları azad buraxıldıqdan sonra sosyal şəbəkələrdə onlara aid döyülmə izlərini yansıdan şəkillər yayımlanıb.
KADR: Güney Azərbaycanlı fəal Rza Vasiqi məhkəməyə çağırılıb.