Azərbaycan

Milli hərəkat fəallarının İrandakı son hadisələrlə bağlı bəyanatı

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Ölkənin hazırkı vəziyyətdə bütün sahələrdə böhranla üzləşməsi, daxili və xarici təzyiqlərin çoxalması və habelə son 44 ildə ən ağır iqtisadi şərayitin yaranması xalqa dözülməz çətinlilklərlə üzləşdirib.

Azərbaycan Milli Hərəkatı xalqın içindən çıxdığı, onun dərdləri və problemlərini dərindən hiss erdir bütün şərayitlərdə onun yanında olduğunu bildirir.

Azərbaycan Milli Hərəkatının bir qrup ağsaqqal və mütəfəkkirləri xalqın ağır iqtisadi, məişət problemlərinə görə, habelə mədəni və milli kimlik, qeyri-fars xalqlara qarşı iki qat təzyiqlə məsələləri ilə bağlı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb.

Azərbaycan Milli Hərəkatının bir qrup siyasi fəalları hər zaman olduu kimi Azərbaycan xalqının və başqa xülm aktında olan xalqların yanında olmağı özünün insani vəzifəsi hesab edir və onların onların haqlı istəklərini dəstəkləyir.

İinqilabın ilk günlərində xalqı ən yüksək insani məqama çatdırmaq məqsədi daşıyan şüar və idealların əksinə, indi 43 ildən artıq müddətdə xalqın bütün sahələrdə geri saxlanıldığını, vədlərin özünü doğrultmadığını görürük.

Bu gün dövlət mafiyası və talançı hökumət başçıları öz xeyirlərinə və xalqın ziyanına işləyir, öncədən hazırlanmış projelərini həyata keçirir, xalqa qarşı əsir münasibəti göstərərək onu öz mənafelərinin girovuna çevirirlər.

Bununla yanaşı bir sıra sərmayəçilər və iqtisadi mafiya qrupları yalnız özlərinin və hakimiyyətin mənafeini düşünür və zülmə məruz qalmış xalqa qarşı daha böyük cinayətlər törədir, xalqı dəstəkləmək yerinə ona qarşı çıxırlar.

Onlardan xalqın yanında olmağı istəyir və xatırladırıq ki, xalqın yanında olmasalar hakimiyyət onları daima ayaq üstə saxlaya bilməyəcək.

Bütün bunları və Azərbaycan xalqının mənafeini və böhrandan sonra gələcəkdə baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, Azərbaycan Milli Hərəkatı bütün etniklərin haqlı istəklərini dəstəklədiyini, etirazçıların yanında olduğunu və “Azadlıq, ədalət, illi hökumət” şüarının həqiqətə çevirləcəyinə qədər çalışacağını bildirir.

Yaşasın vətən, yaşasın ədalət

Related Articles

Bir cavab yazın

Back to top button