Azərbaycan

Milli Xalça Muzeyinə 199 yaşlı Şuşa xalçası hədiyyə olunub

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib.

Almaniyanın Berlin şəhərində yaşayan, “İşıq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının nadir sənətkarlıq nümunəsi ilə muzeyin zənginləşməsinə töhvə verən Hocat Abasiyə nəcib təşəbbüsünə görə təşəkkürünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button