Dünya

MİNNEAPOLİSDƏ POLİS İDARƏSİ BAĞLANACAQ?

Amerikada afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürüldüyü Minneapolis şəhərinin polis idarəsi ləğv ediləcək.

Minneapolis Şəhər Şurası polis zorakılığına və davam edən etirazlara əks-ül-əməldən sonra polis idarəsinin bağlanacağını açıqlayıb.
“Şəhərimiz Minneapolis Polis İdarəsi ilə əlaqələrinə son qoymağı planlaşdırır”, – deyə Minneapolis Şəhər Şurasının sədri Liza Bender bildirib. Onun sözlərinə görə, polis idarəsinin yerinə ictimai əmniyyəti təmin edəcək yeni bir sistem yaradılacaq.
Şəhirdar Ceykob Frey isə polis idarəsinin ləğv edilməsini dəstəkləmir və islahatlar təklif edir. Lakin onun Minneapolis Şəhər Şurasında əksəriyyətin verdiyi qərara veto qoya bilməyəcəyi qeyd olunub.
Ümumiyyətlə, son günlər gündəmi zəbt edən Corc Floyd olayının əhəmiyyətini nəzərə alaraq, siyasi təhlilçi İlyas Hüseynov bu hadisənin qlobal dünyaya təsirlərini, fikirlərini bizimlə bölüşüb.

Related Articles

Bir cavab yazın

Back to top button