Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Misir və İordaniya rəsmiləri Əsədə Suriyanı tərk etməyi tövsiyə ediblər

Misir və İordaniya rəsmiləri Suriya prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və xaricdə hökumət qurmağa çağırıb.

“ANT”xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Əsəd cümə günü Suriyada qalıb və keçən həftə həyat yoldaşı və uşaqlarını Rusiyaya göndərib.

Qəzetin yazdığına görə, Əsəd həmçinin Türkiyədən müxalifəti dayandırmaq üçün müdaxilə etməyi xahiş edib.

Məlumata görə o həmçinin Misir, İordaniya, İraq və BƏƏ-dən silah və kəşfiyyat dəstəyi istəyib, lakin rədd cavabı alıb.

Related Articles

Bir cavab yazın

Back to top button