Azərbaycanİran

Molla inqilabının ildönüm yürüşlərində Azərbaycan da düşmənlər sırasına salındı…

Bünyamin Qəmbərli: “İblisin iblis olduğunu yalnız onun öz etirafından sonra anlamaq bizim səhvimizdir”

İranda İslam İnqilabının qələbəsinə həsr olunan illik yürüşdə Azərbaycan əleyhinə şüarlar və bəyanatlar Azərbaycana ciddi mesajdır.

Əvvəllər yürüşlər zamanı yalnız Amerika və İsrail əleyhinə bəyanatlar eşidilirdi. İran üzrə ekspertlərin fikrincə, bu il aksiya iştirakçıları həm də bugünkü İranın Azərbaycan Respublikasına münasibətdə siyasi mövqeyini nümayiş etdiriblər. İran bu addımı ilə, faktiki olaraq, Azərbaycanı İslami İranın ideoloji düşməni kimi təqdim edib, Bakı rejimini İsraillə eyniləşdirib, yəni onu öz düşmənləri sırasına daxil edib.

Qeyd edək ki, İslam İnqilabının qələbəsinə həsr olunan illik yürüş daxili və xarici siyasət baxımından İranda  böyük hadisə sayılır. Kifayət qədər ciddi səviyyədə keçirilir, rəsmi məlumata görə, bu il orada 20 milyon insan iştirak edib.

Səfirliyimizə qarşı törədilən terrorun ardınca İranın bizə yönəlik bu cür aqressiv davranışı hansı nəticələrə səbəb ola bilər?

Milli Azadlıq Hərəkatının fəallarından olan müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  hər il İranda fevralın 2-dən başlayaraq 12-nə qədər İran inqlabının 10 günlüyü keçirilir: “Bunun adına “Dəhi fəcr” deyirlər. Biz nümayəndə heyəti kimi 1992-ci ildə həmin tədbirdə iştirak etmişik. Onu çox təmtəraqlı keçirirlər. Həmin vaxt Maku şəhərindəki tədbirdə çıxışım zamanı onların murdar siyasətlərini üzlərinə dedim. İblisin iblis olduğunu yalnız onun öz etirafından sonra anlamaq bizim səhvimizdir. İran bütün İslam, qonşular və bəşəriyyət üçün şeytan yuvasıdır. Hər dəfə İsraili, ABŞ-ı deyirdisə, bizim adımızı çəkmirdisə, bu heç də o anlama gəlmir ki, bizimlə düşmən deyildi. Açıq şəkildə bunu desəydi, öz murdar siyasətini  burada həyata keçirə bilməzdi. Bizi də İsrail və ABŞ-a qatsaydı, o zaman Ocaqnecat 25 il burada casus  şəbəkəsini yarada bilməzdi. Azərbaycan dövlətçiliyi əleyhinə müxtəlif təşkilatlar yaratmağı bacarmazdılar. İndi ona görə deyir ki, artıq onun iblisliyini  bütün Azərbaycan və dünya bilir. Hakimiyyətimiz axırı dilə gəldi, hətta Prezident səviyyəsində onlara münasibət bildirildi. Onların bu məkrli siyasəti həm də öz tərkiblərində olan azərbaycanlılara qarşı yönəlib. 1995-ci ildə İranın xarici işlər naziri olan Vilayəti deyirdi ki, Azərbaycan ostanlarına sərmayə ayırmaq lazım deyil, onsuz da onlar ayrılıb, Şimali Azərbaycanla birləşəcəklər. İranın təsdiq olunmuş son büdcısində İsfahana 32 milyard tümən vəsait ayırdıkar. Şərqi Azərbaycana 11 milyard, Qərbi Azərbaycana 4 milyard, Zəncana 6, Həmədana 3, Ərdəbil ostanına 2 milyard tümən sərmayə ayırıblar. Azərbaycanın 5 ostanına bir İsfahandan az büdcə ayrılır. Suriyadakı zəlzələyə  yüksək səviyyədə yardım edən İran Xoy zəlzələsinə bir qəpik də olsun yardım etmədi. Bilməliyik ki, İran hər zaman Azərbaycanın düşməni olub. Bilir ki, gec-tez Azərbaycan bütövləşəcək. Bu səbəbdən də oradakı Azərbaycanı məhv edir. Buradakı Azərbaycanı da zəif salmaq üçün əlindən gələn nə varsa edir. Biz hər zaman İranla adekvat davranmalıyıq. Onlardan bizə nə qonşu, nə də dost olar”.

Təbiidir ki, İranın bu cür addımları onun özü üçün yaxşı  heç nə vəd etmir. Bizi düşmən elan etməklə öz vəziyyətini daha da çətinləşdirir. Bütün dünya ilə düşmən olan İran özünə bir düşməni də qonşuluğunda arzulayırsa, vay onun halına. Biz bundan dərin təəssüf hissi keçirmirik. Çünki İran əsl mahiyyətini rəsmiləşdirərək ortaya qoyur.

Məhəmmədəli QƏRİBLİ

Related Articles

Bir cavab yazın

Back to top button