Azərbaycanİran

Molla rejimi İranda itkin düşən Fərid Səfərlini casusluqda ittiham edib

İranda itkin düşən Almaniyanın Yena Universitetinin 27 yaşlı azərbaycanlı tələbəsi Fərid Səfərli casusluqda ittiham olunub. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib:

“Fərid İranda həbs edilib və casusluqda ittiham olunub. Hazırda onunla görüş tələb edirik. Konsulluğumuz bununla bağlı İranın hüquq-mühafizə orqanlarına da müraciət edib”.

Qadın oğluna qarşı irəli sürülən ittihamın əsassız olduğunu vurğulayıb:

“İttiham yalandır, oğlum casus olmayıb. Biz ittihamları qəbul etmirik. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur”.

Qeyd edək ki, fevralın 20-də Fərid Səfərli həmin universitetdə təcrübə keçən həkim rəfiqəsinə baş çəkmək üçün Tehrana gedib. Səfərli nəzərdə tutulan tarixdə – martın 5-də Almaniyaya qayıtmayıb. Martın 4-dən Fəridlə telefon əlaqəsi tamamilə kəsilib.

#FeridSeferli #casus

Related Articles

Bir cavab yazın

Back to top button