İran

Mollanın əmmaməsini ayaqlayan qadın iki ittihamla tutulub

"Aznews tv" xəbər verir ki, o, bununla bağlı deyib: "O, din xadimini aşağılayıb, müqəddəs ruhani libasına qarşı isə təhqiredici hərəkət edib".

Qum şəhərinin “Əmr be Məruf və Nəhy əz Münkər” (Yaxşı İşlərə Sövqetmə və Pis İşlərdən Çəkindirmə) Qərargahının katibinin müavini Məhəmmədtəqi Hüseyni mollanın qadını əsası ilə vurmasından sonra həmin xanımın onun əmmaməsini ayaqlaması məsələsini təsdiq edib.

“Aznews tv” xəbər verir ki, o, bununla bağlı deyib: “O, din xadimini aşağılayıb, müqəddəs ruhani libasına qarşı isə təhqiredici hərəkət edib”.

Onun iddiasına görə, bu iki ittihamın hər biri pislənir və bu hal xüsusi araşdırılmalıdır.

Hüseyni “İLNA” ajansına bildirib ki, hazırda sözügedən xanım saxlama məntəqəsindədir və onun cinayət işi məhkəməyə göndərmək üçün hazırlanır.

O, qadının saxlanma yeri və həbs tarixi ilə bağlı heç bir məlumat vermədən əlavə edib: “Bu məsələ yenicə baş verməyib, sadəcə hadisənin videosu ötən gün sosial mediada yayılıb”.

Qeyd edək ki, iki gün öncə sosial mediada yolda gedən iki molladan birinin qadına öz əsası ilə vuraraq “hicaba riayət et!” deməsindən və daha sonra əsa ilə qadının başına vurmasından sonra, həmin xanım mollanın yerə düşən əmmaməsini ayaqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button