İran

İranda 506 etirazçı öldürülüb

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi dekabrın 20-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

Qurum yaydığı məlumatda 17 sentyabrdan 20 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 506 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18 457 nəfərin saxlanıldığı, onlardan 652 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button