Dünya

Morqan Ortaqus: “İranla atom anlaşmasına heç vaxt qayıtmayacağıq”

Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü Morqan Orteqas Amerikanın heç vaxt atom anlaşmasına geri dönməyəcəyini bildirib. O, Amerikanın “yeni və daha yaxşı bir anlaşma” üçün İranla danışıqlar aparmaq istədiyini qeyd edib.
“İranla öncəki atom anlaşması ölkənin atom silahı əldə etməsinə yol açmışdı, onu yalnız təxirə salırdı. Bu anlaşma yalnız İranın atom silahı əldə etməsini uzadırdı və bunun qarşısını almaqla bağlı məsuliyyəti sonrakı dövlətlərə həvalə edirdi”, – deyə Morqan Orteqas bildirib. Vəzirlik rəsmisinin sözlərinə görə, atom anlaşması ilə bağlı ən böyük problemlərdən biri də İranın həmin pulları necə xərcləməsi ilə bağlıdır.
“Əgər onlar həmin pulları yolların, mədrəsələrin və tibbi altyapının tikintisi üçün istifadə etsəydilər və normal davransaydılar, durum fərqli olardı. Ancaq onlar bunu etmədilər. Bunun yerinə nə etdilər? Bu pulları bölgədəki terror qruplarını maali təmin etmək üçün istifadə etdilər. Həmin qruplar isə Ərəbistana və bizim bütün mənafeyimizə hücum edirlər”, – deyə o, vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button