Azərbaycanİran

Mövlana Məhəmməd Füzulinin anım tədbiri keçirilib

9 may Mövlana Molla Məhmməd Füzulinin doğum günü münasibəti ilə Güney Azərbaycanın Şərqi Azərbayan Əyaləti Xiyav şhərində anım tədbiri keçirilib.

Böyük Azərbaycan şairi Füzulinin doğum günü Güney Azərbaycanda Türk Şer və Ədəbiyyatı Günü kimi adlandırılır.

Möhtəşəm tədbir Həkim Füzuli Tədbir Qrupu və Xiyav şəhəri (indiki Meşginşəhr) Ədəbi Cəmiyyətinin təşəbbüsü ilə mayın 10-u Xiyav şəhərinin “Əndişə” Zalında keçirilib.

Tədbirdə mədəniyyət və incəsənət üzrə fəaliyyət göstərənlər, şairlər və Mövlana Füzulini sevənlər iştirak edib.

Tədbir ədəbiyyat sahəsində mütəxəssilərin çıxışı və Füzuli Şerlərinin Oxunması üzrə İkinci Yarış üzrə seçilənlərə mükafatlar təqdim edilməklə bitirilib.

Məşhur azərbaycanlı şair Mövlana Molla Məhmməd Füzuli Azərbaycan türkcəsi, fars və ərəb dilərində şerlər bəsləyib və Azərbaycanda ən çox sevilən şairlərdən biri hesab oulunur.

Related Articles

Bir cavab yazın

Back to top button