İran

MÜBARİZ İBRAHİMOVUN ŞƏHİD OLDUĞU GÜNDÜR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür.
Mübariz İbrahimov 1988-ci il fevriyə 7-də Biləsuvar şəhristanının Əliabad kəndində anadan olub. O, 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı nizami bölümünün Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi nizami xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
2009-cu ilin avqust ayında könüllü olaraq nizami xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki Nizami hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il juən 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.

Mübariz İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.

Həmin gecə – 18 juən tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin qərarı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Related Articles

Bir cavab yazın

Back to top button