İran

HƏSƏN RUHANİ İQTİSADİ MƏSƏLƏLƏRƏ GÖRƏ SORĞULANMALIDIR

İranın İslami Şura Məclisi Rəyasət Heyətinin üzvü Musəvi larqani ölkədə saysız iqtisadi müşküllərin olması səbəbi ilə prezident üçün sorğulama hazırladığını bildirib. “Onun iqtisadi bəxşin sahmana salınması üçün heç bir bərnaməsi yoxdur” deyə Musəvi əlavə edib. O, Ruhaninin sorğulanma üçün İslami Şura Məclisinə çağırılmasını Tir ayının 14-də irəli sürəcəyini bildirib.
Xatırladaq ki, Həsən Ruhani bu vəzifəyə seçilərkən İranda yaşayan xalqlara, özəlliklə fars olmayanlara çoxlu vədlər verib. Vədlərin sırasında qurumaqda olan Urmu gölünün canlandırılması da yer alır. Ancaq vədlər söz olaraq qalıb və həyata keçirilməsi üçün heç bir addım atılmayıb. İran hakiminin xalqlar üzrə ayrı seçkilik siyasəti nəticəsində ölkə əhalisi fars olan zəngin və fars olmayan yoxsul qrupuna ayrılıb. Ölkənin idarəçilik məsələsi artıq böhran səviyyəsinə qalxıb. Bunun səbəbi isə başda Həsən Ruhani olmaqla dövlət vəzifəlilərinin şovunist düşüncələrə sahib olmaları və lazımi ali təhsillərinin olamamasıdır. Belə ki, onlar beynəlxalq danişgahlardan özlərinə yalançı təhsil sənədləri əldə ediblər. İdarə etdikləri sahə üzrə lazımi biliyə malik olmadıqları üçün əhalinin, xüsusilə fars olmayan xalqların yaşadıqları bölgələrdə iqtisadi, ictimai, təbiət kimi müşküllər günü-gündən çoxalır.

Related Articles

Bir cavab yazın

Back to top button