Bu barədə İranın Ekoloji Risk və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər xəbərdarlıq edib.
“Muğan düzündə quraqlığın baş verməsi, Araz çayının suyunun quruması, bunun nəticəsində bölgədə məhsuldarlığın azalması, qida təminatının risklə üzləşməsi Ərdəbil əyalətindən başqa bölgələrə köçün çoxalmasına və ekoloji problemlə yanaşı demoqrafik problemində ortaya çıxmasına səbəb olub”-deyə, M.Məhbubfər bildirib.
O, Muğanın, özəlliklə Araz qırağının bölgənin turizm cəzbi üçün ən əlverişli yerlərdən biri olduğu halda quraqlıq və su qaynaqlarının yanlış idarə edilməsi səbəbindən məntəqənin çöllüyə çevrildiyini deyib.