Azərbaycanİran

Muğanda tarixi abidə məhv edilir

Güney Azərbaycanın Muğan bölgəsində olan neçə min illik tarixi Oltan qalası məhv olmaq üzrədir.

Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının məsuliyyətsizliyi nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.

Bundan əvvəl tarixi qalanın yerləşdiyi ərazidə qanunsuz tikinti işləri aparılıb, yol çəkmək bəhanəsi ilə tarixi məkanın bir hissəsi dağıdılıb.

Hazırda isə oxşar fəaliyyətlərin davam etdirilməsi ilə yanaşı, qalanın müxtəlif yerlərində naməlum şəxslərin qazıntı işləri apardıqları aşkar edilib. Yerli sakinlər qazıntıların tarixi əsər qaçaqmalçıları tərəfindən aparıldığını, əlaqədar dövlət qurumlarının tədbir görmədiyini bildiriblər.

Qeyd edək ki, Oltan qalası Muğan düzündə, Araz çayının güney sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən günbatarda, dəniz səviyyəsindən 67-73 m yüksəklikdə yerləşir. Bir sıra tədqiqatçılar Ultan qalasının Parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button