Dünya

Müharibəni bu il dayandırmaq olar – Ukraynalı nazir

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi bu il dayandırıla bilər.

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.

“Rusiya bütün dövlətimizi işğal etmək üçün səylərini davam etdirir. Müharibənin nə vaxt bitəcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil, lakin mənim optimist proqnozlarım ondan ibarətdir ki, müharibə, həqiqətən də, bu il dayandıra bilər”, – Reznikov deyib.

O qeyd edib ki, Ukraynadan sonra hədəf Polşa, Baltikyanı ölkələr, Slovakiya və başqa ölkələr olacaq.

“Ona görə də biz Rusiyanı dayandırmalı və onun qarşısını almalıyıq”, – deyə Ukraynanın müdafiə naziri bildirib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button