Dünya

Mustafa Kamal Atatürkün anadan olmasından 140 il ötür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti, dünyanın siyasi, nizami tarixinin ən nəhəng simalarından biri Mustafa Kamal Atatürkün anadan olmasından 140 il ötür. Mustafa Kamal Atatürk 1881-ci il mey ayının 19-da Osmanlı İmperiyasının Selanik, yəni indiki Yunanıstanın Saloniki şəhərində dünyaya gəlib. O, Saloniki Nizami Məktəbində təhsil alıb. Riyaziyyat müəllimi Mustafa Sabri bəy çox ağıllı və savadlı şagird olan Mustafaya “Kamal” təxəllüsünü verib. Təhsilini indiki Makedoniya ərazisində olan Manastır Nizami Məktəbində davam etdirən Mustafa Kamal sonra İstanbula köçüb və bu şəhərdəki Nizami Məktəbdə, daha sonra isə Nizami Akademiyada oxuyub. Akademiyanı kapitan rütbəsi ilə bitirib. Mustafa Kamal Birinci Dünya savaşında məğlub olan Osmanlı İmperiyası ilə qalib dövlətlər arasında 1918-ci ilin oktobrında imzalanan təslimçi “Mondros” atəşkəs anlaşmasından sonra ordudan istefa verib. O, Anadolunun çeşidli yerlərində yaradılan milli müqavimət qruplarını bir araya toplayıb. 1920-ci il avrilin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin yaradıldığı elan olunub, Mustafa Kamal parlıman ilə hökumətin başqanı seçilib. Məclis 1-ci Dünya savaşından sonra – 1920-ci il aqustun 10-da Osmanlı ilə qalib dövlətlər arasında imzalanan təslimçi Sevr müqaviləsini tanımayıb. Qalib dövlətlərin təhriki ilə Yunanıstan Osmanlının içərilərinə ordu yeridib. 1921-ci ilin aqustunda Mustafa Kamal parlıman tərəfindən ordunun baş fərmandehi təyin edilib. Onun fərmandehliyi ilə aqust-septambr aylarında türk ordusu Sakaryada yunan ordusuna ağır zərbə vurub. 1922-ci il aqustun 22-də türk ordusu yunanlara qarşı hücuma başlayıb və aqustun 30-da zəfər qazanılıb. Septambrın 9-da İzmirdə yunanlar üzərində qəti qələbə əldə edilib. Qurtuluş savaşı 1923-cü il culayın 24-də İsveçrənin Lozanna şəhərində imzalanan barış anlaması ilə başa çatıb. Bu anlaşma ilə Türkiyə indiki sınırlar daxilində tanınıb. 1923-cü il oktobrın 29-da Türkiyə Cümhuriyyətinin yaradıldığı elan olunub. Böyük Millət Məclisi tərəfindən prezident seçilən Mustafa Kamal bütün sahələrdə inqilabi dəyişikliklər həyata keçirib və müasir cümhuriyyət qurub. 1934-cü il novambrın 24-də parlımanın qərarı ilə ona Atatürk soyadı verilib. Mustafa Kamal Atatürk 1938-ci il novambrın 10-da vəfat edib. Görkəmli şəxsiyyəti qürur və ehtiram hissi ilə yad edirik!!!

Related Articles

Bir cavab yazın

Back to top button