İran

İranda daha 233 nəfər koronavirusun qurbanı olub

İranda son 24 saatda daha 233 nəfər koronavirusdan dünyasını dəyişib. Bu barədə ölkənin Sağlıq, Müalicə və Tibbi Təhsil Baxanlığından məlumat verilib. Bununla da ölkədə virus qurbanlarının sayı 77 765 nəfərə yüksəlib. Ötən bir gündə 12 789 nəfər koronavirusa yoluxub ki, beləliklə təhlükəli virusa yoluxanların sayı 2 792 204 nəfərə çatıb. Mərizlərdən 5 158 nəfərin durumu ağır olaraq dəyərləndirilir.
Rəsmi amara görə, İranda indiyədək 2 272 719 nəfər koronavirusdan sağalıb, 18,4 milyondan çox test aparılıb.
Hazırda koronavirusa yoluxma üzrə ölkənin 3 şəhəri qırmızı, 262 şəhəri narıncı, 183 şəhəri isə sarı məntəqə hesab edilir. Durumun qırmızı və narıncı elan olunduğu ərazilərə gediş-gəliş qadağandır.

Related Articles

Bir cavab yazın

Back to top button