Dünya

Mustafa Şentop Ermənilərin Gəncədə törətdiyi cinayətlərlə ilgili paylaşım edib

“Terrorçu dövlət olan Ermənistan tərəfindən qeyri-nizamiləri öldürərək insanlığa qarşı törədilən cinayətlər göz qabağındadır”. Bu sözləri bu gün Gəncəyə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Twitter hesabında yazıb. O, qeyd edib ki, Ermənistan tərəfindən hücumlar həyata keçirilən Gəncədən Birləşmiş Millətlər Təşkilatının və Minsk qrupuna üzv ölkələrə vəhşiliyin ortasından çağırış edirik. “Bu qətliamı törədənləri qınamayanlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər. Müharibə ilə ilgisi olmayan günahsız insanları öldürən və onlara fayda gətirən düşüncə bölgəmizin üz qarasıdır”,-deyə Mustafa Şentop vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button