Dünya

Mustafa Şentop: “Xocalı Soyqırımını dünyaya çatdırmaq lazımdır”

“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.
Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentop parlımanda Xocalı soyqırımı münasibətilə keçirilən mərasimdə belə deyib. Türkiyə rəsmisi bildirib ki, Xocalı faciəsi bəşər tarixinin qanlı olayı kimi insanların yaddaşlarına həkk olunub. Mustafa Şentop Azərbaycan Cümhuriyyətinin hər zaman humanizm prinsiplərindən çıxış etdiyini və 44 günlük Vətən müharibəsində dinc sakinləri hədəf almadığını vurğulayıb.
“Azərbaycan 44 günlük Vətən savaşında günahsız insanları hədəf almayıb. Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, – deyə Mustafa Şentop dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button