İran

MƏCLİSİN YENİ RƏİSİ QALİBAF KİMDİR?

Bir vaxtlar Tehranın birinci şəhrdarı olan Məhəmməd Baqir Qalibaf məclis rəisi seçildi. Adı fəsadda hallanan yeni məclis rəhbərinin haqqında acılan pərvəndələrinin yoxlanılması artıq mümkünsüz görünür.
Onun birinci iqtisadi fəsad pərvəndəsi 15 il öncəyə yəni 1384-cü ildə açılıb. Müxəddirə maddə və yanacaq qaçaqçıları ilə iş birliklərində günahlandırılıb. Sərdarın qaçaqçılarla ilgisi, 1396-cı ilin prezident seçgilərində Həsən Ruhani tərəfindən açıqlanıb. Ruhaninin sözlərinə görə bu pərvəndə Ali əmniyyət şurasında müzakirə olunsa da sonradan onun cərəyana düşməsinin qarşısını aldı.
Qalibaf hətta Şəhrdaridə muavini olan İsa Şərifinin iqtisadi ittihamlarla tutulduğu zaman da dadqaha çağrılmadı. Onun muavini 3il həbsdə oldu. Ancaq Qalibaf indiyə kimi açıq fəzada mühakimə olmayıb. Onu 3-cü iqtisadi pərvəndədə ifşa edən Memari niyuz saytının müdürü Yaşar Sultani tutuldu. Qalibaf şəhrdar olduğu müddətdə aşağı qiymətə satdığı mülklərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, Qalibaf bu mülkləri öz yaxınlarına satıb.
Qalibafın başqa bir pərvəndəsindən məlum olur ki, Şəhrdari nəzarəti və müdürlüyündə olan Sərmayə və Şəhər banklarında geniş şəkildə təxəllüfə yol verib. Heç bir məhkəmə orqanı Sərdarı sorğuya çəkməyib.
Xanımı Zəhra Muşiranın müdürlərindən olan “İmam Rza Xeyriyyə müəssisəsinə” yardım adı altında 60 milyard tümən kömək edib. Bu isə iqtisadi fəsad ittihamları sırasına düşməyib. Sərdar yenə də heç bir yerə çağrılaraq, sorğu-sual edilməyib. Xatırladaq ki, Qalibaf Məşhədin Torqəbə şəhərindəndir və Xaməneinin isə yerlisidir. Qalibaf 1360-ci ildə Xaməneiyə xitabən dediyi “Ağa” və “Həzrəte Ağa” sözləri ilə həmişə diqqət çəkib. O bu ibarətləri istifadə etdiyi zaman Xamənei hələ prezident seçilməmişdi. Xaməneinin 31 illik rəhbərliyi dövründə Sərdara özəl diqqət yetirib. O, hər zaman Xaməneinin bir başa hökmü və təiidi ilə rejimin həssas vəzifələrində yer alıb.
O, İran-İraq savaşında xorasanlılardan ibarət olan 21-ci İmam Rza tipinin və 5-ci ləşkərinin əsas Fərmandehlərindən biri idi. Qalibaf eləcədə Xaməneinin təidi ilə 25-ci Kərbəla ləşkəri və Nəcəf qərargahının Fərmandehi seçilib. Xaməneinin rəhbərliyi dövründə isə hər zaman yüksək məqamlarda yer alıb.
1373-cü ildə Xaməneinin təidi ilə Bəsic fərmandeliyinin muavini seçildi. O eləcədə 1376-cı ilə kimi Xatəmulənbiya qərargahının fərmandehi olur. Qalibaf 1387-ci il tirin 18-də keçirilən təzahuratlarda insanlara qarşı amansız davranıb. Bunu hətta Həsən Ruhani 1396-cı il prezident seçgiləri ərəfəsində ifşa edib.
Hal- hazırda Məclis rəisi seçilmiş və ayrıca Xamənei ilə bu qədər yaxınlıqdan sonra, onun törətdikləri fəsadlara hər hansı bir məhkəmədə yenidən baxılması mümükünsüz görünür.

Related Articles

Bir cavab yazın

Back to top button