İran

Nəvid Afkari edam edildi

Nəvid Əfkarinin vəkili Həsən Yunesi, Tvitter hesabında yazıb ki, Şiraz şəhər məhkəməsi Əfkarinin ailəsinə övladlarının ölüm hökmünün şəhrivərin 22-i, şənbə günü səhər saatlarında icra edildiyi barədə məlumat verib.

İranda xəbər ajansları və bəzi jurnalistlər də, iki dəfə edam cəzasına məhkum edilmiş siyasi etirazçılardan olan Nəvid Əfkarinin edam hökmünün Şiraz şəhərinin Adilabad zindanında icra edildiyini bildiriblər.

Fars ustanın Məhkəməsindən də, Nəvid Əfkarinin adını çəkmədən, “qətl törətməkdə təqsirləndirilən bir şəxs”in Şirazın Adilabad zindanında qisas cəzasının icra edildiyini elan edib. Ancaq başqa İran xəbər ajansları həmin şəxsin adının Nəvid Əfkari olduğunu yazıblar.

Beləliklə, ölüm hökmünün dayandırılmasına dünyanın bir çox idmançıları və siyasətçiləri tərəfindən çağırış edilən Nəvid Əfkari bu gün səhər saatlarında edam olunub.

Əfkari qardaşları, həbs müddətində bir-birlərinə qarşı etiraf etmək üçün ağır işgəncələrə məruz qaldıqlarını söyləyirlər. İş o yerə çatıb ki, onlardan biri hətta iki dəfə intihara əl atıb.

Related Articles

Bir cavab yazın

Back to top button