İran

“Nətənz”in yerinə atom təsisatı tikiləcək

İran “Nətənz” niruqahı yerinə atom təsisatı hazırlayır. Bu ilin culay ayında baş verən partlayış nəticəsində “Nətənz” atom təsisatına dəyən böyük miqdarda ziyanı təyid etmək məqsədilə yeni addım atılıb. Belə ki, Tehran septambrın 8-də “qabaqcıl santrifyujlar tolid etmək” üçün yeni bir mərkəzin tikintisinə başlayacağını açıqlayıb. Məsələ ilə bağlı İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi bilgi verib. Onun sözlərinə görə, işlər iki mərhələdə icra olunacaq. İlkin mərhələdə bir sıra qabaqcıl santrifyuj tolidi salonlarının təzhizatla təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda salonların təchizat qabiliyyətliliyinin istifadəyə yararlılığı müəyyənləşdiriləcək.
Əli Əkbər Salehi bildirib ki, baş verən olay tamamilə təxribat yönlü olub. “Nətənz” İranın uraniumu zənginləşdirmə proqramının qərargahını təşkil edib. Ölkə həmişə bunu dinc hədəflər üçün həyata keçirdiyini iddia edib. Ancaq Qərbin xüsusi servisləri və Beynəlmiləl Atom Enerjisi Ajansı ölkənin gizli bir atom silahı proqramının olduğunu bildiriblər. Buna cavab olaraq, İran heç vaxt atom silahı yaratmağa çalışmadığını iddia edib.
Bildirək ki, əsas bölümü yerin altında olan “Nətənz” MAGATE-nin bazrəslərinə yoxlamağa icazə verdiyi az sayda atom saytlarından biridir.

Related Articles

Bir cavab yazın

Back to top button