Dünya

National Interest: İsraillə savaş İranı cəhənnəmə çevirəcək

“National Interest” nəşriyəsi hazırladığı təhlil yazısında, İsrail ordusu ilə İran arasında savaş ehtimalına toxunaraq, belə bir savaşı İranı cəhənnəmə çevirəcəyi ilə bağlı uyarıb.
Bu jurnal Maykl Pəkin qələmə aldığı yazıda “Orta doğu Bağdaddan Qəzzəyədək alovlar içindədir” deyə bildirib.
Onun sözlərinə görə, İranın atom silahı proqramı Suriyada daxili savaş və İraqı qlobal münaqişəyə salan dini ifratçılar sayəsində dünyanın diqqətindən qıraqda qalsa da, İsrail İranın atom mərkəzlərinə hücum kabusu bölgəyə kölgə salıb.
Təhlilçi sözlərinə belə davam edib: “Hizbullahın hücumu və İsrailin cavab tədbiri alması və ardınca İranın müdaxiləsi və ya İsraillə Sipah arasında Suriya üstündə qarşıdurma baş verərsə, savaş başlayacaq”.
Təhlilə görə, bu savaşı başlamaq üçün bir hesablama xətası da yetərlidir. Hər bir halda, olası savaş durumunda, İsraildə beş növ silah var ki, İran indidən onların dağıdıcı gücündən nigaran olmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button