“Şəxsi planım payıza qədər səlahiyyətlərimi yerinə yetirməkdir, başqa planım yoxdur”, – deyə baş katib bildirib.
O, bu vəzifədə səlahiyyətlərini yeniləmək niyyətində olmadığını vurğulayıb. Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2022-ci il oktyabrın 1-də tərk etməli idi, lakin 2022-ci ilin martında bloka üzv olan ölkələrin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər.