Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Milli-mədəni fəal Səccad Şəhiri məhkəməyə çağırılıb

Sulduz şəhər sakini, milli-mədəni fəal Səccad Şəhiri məhkəmə sisteminin elektron bildirisi vasitəsilə məhkəməyə çağırılıb. Bildirilib ki, fəal 1399-cu il 21 aban tarixində saat 11:00-da Sulduz Şəhər Məhkəməsinin 103-cü şöbəsində hazır olmalıdır. Qeyd edək ki, bundan öncə Təbriz Ümumi və İnqilab Məhkəməsinin 16-cı bazporsi şöbəsi fəalı “sistemə qarşı təbliğat və GAMAC qrupunda üzv olmaq”da ittiham edib. Həmin pərvəndə Təbrizdən Sulduz məhkəməsinə köçürüləcək. Xatırladaq ki, Səccad Şəhiri 1398-ci il deyin 26-da ittilaat məmurları tərəfindən tutuqlanıb. O, isfəndin 12-si soruşdurmaların bitməsi ilə ittilaat idarəsinin təkadamlıq sellulundan Təbriz zindanına köçürülüb. Bundan sonra Səccad Şəhiri 500 milyonluq vəsiqə ilə müvəqqəti olaraq azad edilib. Bildirək ki, Səccad Şəhiri dəfələrlə mədəni çalışmaları ilə bağlı əmniyyəti qüvvələr tərəfindən tutuqlanaraq, həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button