İran

İranda süd və ət istehsalı kəskin azalıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının statistikasına əsasən İranda ötən il süd məhsulları 268 min ton, ət istehsalı isə 30 min ton azalıb.

Statistikada bildirilir ki, süd və məhsullarının istehsalı 268 min ton azalaraq 7.8 milyon tona enib.

Qeyd edək ki, ötən 1 il ərzində süd və süd məhsullarının İranda qiyməti də bir neçə dəfə artıb.

İstehsalın azalması ilə çiy südün qiyməti artıb. Bu üzdən süd məhsulları istehsal edən şirkətlər də məhsullarının qiymətini artırıb.

O cümlədən qatıq çeşidlərinin qiyməti 30 faiz artırılıb.

İranda nəşr edilən “İqtisad dünyası” qəzeti yazıb ki, mal ətinin istehsalı ötən 2 il ərzində azalıb.

Bahalaşma fonunda 2010-cu ildən bu yana İran əhalisinin adambaşına mal əti istfadəsi yarıya enib.

Related Articles

Bir cavab yazın

Back to top button