İran

Nazir Məhəmmədcavad Azəri Cəhromi koronavirusa tutuldu

İranın İrtibat vəziri Məhəmmədcavad Azəri Cəhromi Covid-19 mərizliyinə tutulub. Bu barədə Məclisin Sənaye və Mədən Komitəsinin üzvü Fərhad Təhmasibi açıqlama verib. “Bizə İrtibatat vəzirinin koronavirusa tutulduğu deyilib. Bildiyim qədəri ilə onun məriz olması dəqiqdir” deyə o, qeyd edib.
“İrtibatat və Bilgi Teknolojiləri vəzirinin Məclis komisyonuna dəvət etdik. “Həmrah-e Əvvəl” və “İrancell” opratorlarının internet bəstələrinin qiymətinin artmasında təxəlüf etmələri araşdırılmalı idi. Vəzirin bu məsələni millət vəkillərinə izah etməsini istəyirdik. Ancaq onun Covid-19-a tutulduğu deyildi” deyə Təhmasibi əlavə edib. Qeyd edək ki, İran Sağlamlıq Vəzirliyinin məlumatına görə, ölkədə koronavirus qurbanlarının sayı 15.700 min nəfərdir. Mərizlərin ümumi sayı isə 291.172-ə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button