İran

NEFT QUYUSUNUN YAXINLIĞINDAKI YANĞIN SÖNDÜRÜLÜB

Məscid Süleyman şəhristanı Yanğınsöndürmə İdarəsinin amil müdiri Cabbar Kərimi İranın ilk nəft quyusunun yaxınlığında yanğının olduğunu bildirib. Yanğın heç bir tələfat olmadan söndürülüb.
Kərimi, “bu yanğın quyunun yaxınlığındakı qamışlıqlarda olub və yanğınsödürmə məmurlarının bir neçə saatlıq çalışmaları ilə onun yaşayış evlərinə və 1 nömrəli nəft quyusuna keçməsinin qarşısı alınıb. Bu yanğın, sakinlərin təmas tutmaları ilə bildiriləndən sonra şəhrdarinin (bələdiyyənin) və Nəft Şirkətinin yanğınsöndürmə qüvvələri həmin bölgəyə yollanıb. Vaxtında işlər görünərək yanğının çevrədəki başqa yerlərə yayılmasının qarşısı alınıb. Yanğında kimsə yaralanmayıb və hal hazırda səbəbləri araşdırılır”, – deyə məlumat verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close