Dünya

Netanyahu İranın nüvə fəaliyyətlərindən söz açıb

İsrailin baş vəziri Amerika və İranın atom danışıqları masasına qayıtması ilə bağlı məsələləri qiymətləndirib. “Atom anlaşması icra edilsin və ya edilməsin, İranın atom silahına sahib olmasının qarşısını almaq üçün bütün lazımi tədbirlər görüləcək”,-deyə Benyamin Netanyahu bildirib. O, İsrailin İranla razılıq əldə etməklə bağlı ümidli olmadığını dilə gətirib. Qeyd edək ki, rəsmi Tehranın BƏRCAM anlaşması üzrə öhdəliklərini pozaraq atom fəaliyyətlərini gəlişdirməsi dünya ölkələrini və beynəlxalq qurumları qəzəbləndirib. Belə ki, İran uranium zənginləşdirilməsi miqdarını yüzdə 20-yə artırıb. Hətta Əli Xamenei bu miqdarı lazım gələrsə, yüzdə 60-a da çatdıra biləcəklərini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button