Dünyaİran

Netanyahu İsrail gəmisindəki partlayışa görə İranı günahlandırıb

İsrailin Baş vəziri Benyamin Netanyahu Oman körfəzində ölkəsinə məxsus gəmidə törədilmiş partlayışa görə İranı günahlandırıb. Məsələ ilə bağlı Baş vəzir “Kan” teleradio şirkətinin efirində məlumat verib. Ölkə rəsmisi bu olayın İran tərəfindən törədildiyini vurğulayıb. Netanyahu bununla da İranı İsrailin ən böyük düşməni adlandırıb. “Biz İrana bütün bölgədə zərbə vururuq”, – deyən İsrailin Baş vəziri ölkəsinin İranın atom proqramı ilə ilgili addımlarının qarşısını ala biləcək əzmdə olduğunu bildirib.
Qeyd edək ki, ötən həftənin cümə günü Oman körfəzində İsrailə məxsus gəmidə partlayış törədilib. Olayla ilgili İsrail mediası xəbər yayıb. Partlayış zamanı heç kəs xəsarət almayıb.

Related Articles

Bir cavab yazın

Back to top button