İran

“New York Times”: “Möhsün Fəxrizadənin qətlinin arxasında İsrail dayanır”

“İranın atom proqramının yüksək simalarından olan Möhsün Fəxrizadənin öldürülməsi İsrailin işidir”. Bunu üç ittilaat məqamına istinadən “New York Times” qəzeti yazıb.
“Amerikanın öncədən bu əməliyyat barədə xəbərinin olub-olmadığı hələlik bəlli deyil. Ancaq bu iki ölkə uzun müddətdir İranla bağlı məlumat mübadiləsi aparır”, – deyə xəbərdə qeyd edilir.
Ağ Ev “New York Times” qəzetinə bu barədə şərh verməkdən imtina edib. İsrail də bu haqda susur. Bildirək ki, son illərdə İsrail dövlətinin Möhsün Fəxrizadəyə sui-qəsd cəhdləri ilə bağlı müxtəlif bilgilər yayılıb. Netanyahu “Mossad” məmurlarının İranın atom sənədlərini oğurladığını elan edərkən, Fəxrizadəni İranın atom proqramının düşünən beyni adlandırıb.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button