İran

Xiyavda 150 nəfər koronavirusun qurbanı olub

“Xiyav vilayətində indiyə kimi 150 nəfər koronavirusdan dünyasını dəyişib”. Bunu Xiyavın fərmandarı Əkbər Səmədi bildirib. Onun sözlərinə görə, Xiyav vilayəti koronavirusla bağlı hələ də qırmızı durumdadır. “Ötən həftə 10 nəfər bu mərizlikdən ölüb. Hazırda 77 koronavirus mərizi mərizxanaya yerləşdirilib. Onlardan bir neçəsinin durumu yaxşı deyil. İndiyə kimi əsnafa 550 şifahi və 100 yazılı sağlıq xəbərdarlığı edilib. 457 sinfi vahid koronavirusla mübarizə sitadının göstərişlərinə laqeyd yanaşdıqları üçün plomblanıb. Ötən həftə trafik məhdudiyyətləri tərhinin icrası yönündə pozuntuya yol vermiş sürücülər cərimələnib. Ümumilikdə polis tərəfindən 57 ədəd 10 milyon riallıq, 500-dən çox 2 milyon riallıq cərimə yazılıb. Pozuntular şəhər və şəhərlərarası yollarda qeydə alınıb”,-deyə fərmandar açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button