Dünya

Niderland səfirlikdə iki rus cəsus aşkarladı

Niderland Rusiya səfirliyində çalışan kəşfiyyat əməkdaşı ilə diplomatik rütbə daşıyan bir diplomatın “texnologiya və elm” sahələrində cəsusluq etdiklərini açıqlayıb.

Rus kəşfiyyat zabitinin yüksək texnologiya sahəsində həssas məlumatlara sahib olan insanlarla əlaqə qurduğu və onlarla vacib bir mənbə şəbəkəsi qurduğu qeyd olunub.

Bu şəxslərdən bəzilərinin məlumat qarşılığında kəşfiyyat məmurundan pul aldıqları qeyd edilib.

Hər iki şəxs Niderland Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxs” elan edilib. Bu səbəbdən iki rus diplomatın Niderlandda diplomat kimi fəaliyyət göstərməsinə icazə verilməyəcəyi və ən qısa müddətdə ölkəni tərk etməsinin lazım olduğu vurğulanıb.

Rus kəşfiyyat zabitinin süni zəka, yarımkeçiricilər və nanotexnologiyalar haqqında məlumat topladığı və bu texnologiyanın çoxunun həm mülki, həm də hərbi tətbiqetmələrdə faydalı olduğu qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button