Dünya

Nikaraquada “Yota” qasırğası qurbanlarının sayı artıb

Nikaraquada “Yota” qasırğasının təsiri nəticəsində meydana gələn daşqınlar və torpaq sürüşmələri səbəbindən azı 16 nəfər ölüb. Təbii fəlakətlə bağlı “La Prensa” qəzeti ölkənin prezident müavini Rosario Murilyoya istinadən məlumat yayıb.
Rosario Murilyo bildirib ki, təbii fəlakətdən zərər çəkmiş bölgələrin 50,7 mindən çox sakinləri üçün 1,2 minə yaxın sığınacaq yaradılıb. Fərqli bölgələrdə olan təxminən 124 min yaşayış evi hələ də elektriksizdir. 70 min ailə isə içməli su tapmaqda çətinlik çəkir.

Related Articles

Bir cavab yazın

Back to top button