Dünya

Norveç Ukraynaya 100 zenit raket kompleksi göndərib

Norveç Ukraynaya 100 “Mistral” zenit raket kompleksi göndərib.

”Aznews tv” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Norveç bunu rəsmi Kiyevin istəyi əsasında həyata keçirib.

Həmçinin məlumatda xatırlanıb ki, Norveç mart ayında Ukraynaya 2 min tank əleyhinə qumbaraatan tədarük edib.

Related Articles

Bir cavab yazın

Back to top button