İran

Norveçdə yaşayan bir iranlı Danimarkda İrana casusluq etməkdə günahlandırılı

Danimark vətəndaşı Danimarka məhkəməsində İranın ittilaat servisi üçün casusluq və Danimarkada iranlı ərəb müxalifətçiyə qarşı sui-qəsd tərhində əlbir olmaq ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

“Reuters” xəbər verir ki, 26 juən, cümə günü Norvej sakini, 40 yaşlı iranlı Məhəmməd Davudzadə Lului 2018-ci ilin oktobrunda Danimarkın beynəlmiləl mərzlərinin müvəqqəti bağlanması ilə polis tərəfindən gerçəkləşdirilən əməliyyatdan sonra tutulub.

Bu barədə məhkəmə tərəfindən yayılan açıqlamada bildirilib ki, həmin ilin septambr ayının sonlarında, Lului, Danimarkda yaşayan İrandan təb`id edilmiş və hökumətə müxalif şəxsin evini, evin ətrafındakı xiyaban və yolların əksini çəkib və rəsəd edib.

Açıqlamada habelə deyilib: “Məhkəmə, həmin bilgilərin toplanaraq İranın xüsusi servisləri üçün çalışan bir şəxsə verildiyini və təb`id edilmiş həmin şəxsin öldürülməsi üçün ittilaat servisinin bərnamələrindən istifadə edildiyini aşkar edib”.

Ümumi dadsitan Soren Harbo “Reuters”ə deyib: “Lului 7 il azadlıqdan məhrum edilib, Danimarkdan qovulacaq və cəzasını çəkdikdən sonra Danimarka girişi qadağan ediləcək”.

Related Articles

Bir cavab yazın

Back to top button