Azərbaycan

Novruzlunun həyatında qanlı və sirli 20 rəqəmi – Video

https://www.facebook.com/AN.T.Turkish/videos/2412731778989135/

Bu gün mərhum müğənni, aktyor Novruz Novruzlunun anım günüdür.

Novruz Novruzlu 1960-cı il mayın 12-də Ordubadda anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Bu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu canlandırıb.

O, ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

20 Yanvar faciəsi baş verdikdən sonra dostları ilə birgə “Savalan” qrupunu yaradıb. Novruz Novruzlu “Savalan” qrupunun yaradılması haqda danışarkən bunları deyib:

“Millətin dərdinə qoşulduq. Bu, bütün millətimizin kədəri idi. 20 Yanvardan sonra millətin halı, şəhidlərin olması təsir etdi. İçimizin o vaxtkı halını, hayqırtısını bu yolla ifa edirdik”.

Xalqın bir ağır günündə – 20 Yanvarda onun dərdinə şərik çıxaraq, dini-mistik vətənpərvər musiqilər ifa edən “Savalan” qrupunu yaradan Novruz Novruzlu başqa bir ağır günündə – Qarakənd faciəsinin ildönümündə, yəni noyabrın 20-də 58 yaşında vəfat edib.

(Kult.az )

Related Articles

Bir cavab yazın

Back to top button