İran

“Nun-xe” serialında yayımlanan klipin pərdə arxası

“Nun-Xe” serialında yayımlanan klip azərbaycanlıların etirazına səbəb olub. Belə ki, həmin səhnədə terorist qruplarla ilgidə olmaq ittihamı ilə saxlanılan şəxslər izləri var. Özəlliklə Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən səhnənin Səda və Sima Sazmanın sansorundan keçməsi və yayım icazəsi alması diqqət çəkir. Bildirək ki, klip Azərbaycan əhalisinin yadellilərə qarşı mübarizə simgəsi sayılan Kazım Xan Daşı çevrəsində çəkilib. Tarixi bilgilərə görə, Kazım Xan Quşçunun qüvvələri Qərbi Azərbaycanda qondarma ölkə qurmaq istəyən Simitqoya qarşı savaşıb. Nəticədə yerli əhalini qıran Simitqo, istəyinə nail ola bilməyib.

Ancaq Simitqonun bu iddiası Qasımlu, Demokrat, PKK, Pjak, Komolə kimi teror qruplaşmaları tərəfindən davam etdirilib. Aydındır ki, kütləvi qırğınla torpaq əldə edə bilməyəcəyini anlayan qruplaşmalar artıq mədəni yollara əl atmağa başlayıblar. Onlar öz adamlarını bir sıra qurumlara yerləşdirir və iddialarını gerçəkləşdirməyə çalışırlar. Seçkilərin yaxınlaşması ilə də Onların əsil üzlərini görürük. “Nun-Xe” serialında yer alan səhnənin Kazım Xan Daşı çevrəsində çəkilməsi də bəzi şəxslərin torpaq iddiasının aydın örnəyidir. Məlumata görə, klipdə musiqi ifa edən şəxs Möhsün Mirzazadədir. Məsud Şəmsnəjad tərəfindən hazırlanan klipdə Dilan Rəqs qrupu iştirak edir. Qeyd edək ki, Məsud Şəmsnəjad terorist qrupların tərəfdaşı kimi tanınan bir şəxsdir.

Belə ki, o, “terorist qruplarla ilgidə olmaq” ittihamı ilə dəfələrlə tutuqlanıb. 3 il öncə onun barəsində 6 il həbs hökmü çıxarılıb. Ancaq 1 milyard vəsiqə qarşılığında azadlığa buraxılıb. Azərbaycanın mübarizə simgəsi sayılan bu məkan Məsud Şəmsnəjad kimi şəxslərdən tərəfindən özəlliklə seçilib. Kazım Xan Daşı çevrəsində qeydə alınan görüntülərlə sanki buranı mədəni yolla işğal etdiklərini göstərməyə çalışıblar. Azərbaycanlılar ictimai şəbəkələr vasitəsilə bu məsələyə etirazlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button