
Elxanın valideynləri bu barədə məlumat yayaraq deyiblər ki, onlar, övladlarına doğum haqqında şəhadətnamə verilmədiyi üçün hazırda xəstəxanada olan uşağa tibb xidmətlərnin göstərilməsində problem yaşayırlar.
Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.
İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.