İran

Nüvə sazişi pozulacaqmı: İran Qərbi öhdəlikləri yerinə yetirməməkdə ittiham edib

Rusiya və İran nüvə sazişini pozacağı ilə hədələyirlər. Analoq.az xəbər verir ki, bu barədə iki ölkənin XİN rəhbərləri Məhhəməd Cavad Zarif və Sergey Lavrov bəyanət veriblər. Hər iki nazir birgə əhatəli hərəkət planın taleyinin məsuliyyətini ABŞ və Avropa İtifaqının daşıdığını bildiriblər.

Lavrovun sözlərinə görə sazişi xilas etmək imkanı da məhz qarşı tərəfin əlindədi: “Ya ABŞ və Aİ öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirirməyə başlasalar bu zaman İran da dəfələrə bildirdiyi kimi könüllü sürətdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Yəqin ki, bu indi yaranmış vəziyyətdən ən ideal çıxış yolu olar… Ya da qərbdəki müttəfiqlərimiz başqa yol seçəcəklər və bununla da beynəlxalq hüquqa hörmət etmədiklərini təsdiqləmiş olacaqlar və üzərlərinə götürdükləri öhdəliklərin üzərindən gəlmədiklərini qəbul edəcəklər. Bu halda İran da bütün öhdəliklərdən azad olunmuş hesab olunacaq”.

Qeyd edək ki, birgə əhatəli hazırlıq planı 2015-ci bağlanılıb. Bu sazişə əsasən İrana qarşı bütün sanksiyalar aradan qaldırılır İran isə əvəzində uranın zənginləşdirilməsindən imtina edir. Sazişdən üç il sonra ABŞ anlaşmadan çıxdığını bəyan etdi. Rəsmi Tehran isə öz öhdəliklərindən qismən imtina etdiyini açıqladı. Söhbət onda gedir ki, İran rəsmən uranın aktivləşdirməsu işlərini aktivləşdirdi.

Lakin Aİ öz növbəsində sazişin qorunması tərəfdarı olduğunu açıqladı və İrana iqtisadi yardım edəcəyinə vəd verdi. Öz növbəsində İran XİN rəhbəri bildirib ki, açıqlamalardan başqa heç nə görməyib: “Aİ verdiyi vədlərə əməl etmir”.

Analoq.az

Related Articles

Bir cavab yazın

Back to top button