AzərbaycanDünya

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb

ABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

“Report” xəbər verir ki, üçrəngli, ay-ulduzlu bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və dəstəyi, Amerika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Nyu-York şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə ölkəmizin  BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtaliyanın Nyu-Yorkdakı konsulunun müavini Rikardo Kursi, Nyu-York şəhər meriyasının rəsmiləri, BMT yanında Daimi Nümayəndəlikdə fəaliyyət göstərən diplomatlar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri qonaqlara ölkəmizin tarixinin ən şanlı və parlaq səhifələrdən biri olan 28 May – Müstəqillik Günü barəsində ətraflı məlumat verib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov diqqətə çatdırıb ki, 28 May -Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunub və bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir: “Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub.

Ulu Öndərin imzası ilə xalqımız 70 il sonra yenidən öz müstəqilliyini bərpa etdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan çağdaş Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev tərəfindən tarixin ən çətin dövrlərində yenidən quruldu@.

Üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Mərasim Nyu-Yorkun yerli mediasında canlı yayımlanıb. Ərazini ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button