AzərbaycanDünyaMəqalələr

Oğuz, oğur və unudulmuş okot soyu haqqda bilmədiklərimiz

Türklərdə 3 oğul, 3 ox, 3 qardaş və s. kimi bir bölgünün olmasını hər kəs bilir. Bu Saklarda da, Beçeneqlərdə də, belədir. Yəni sabitdir. Türklərdə 3 ox bölgüsü sabitdir. Amma yozumu isə yanlışdır. Bizə təqdim olunan Üç Oklar (Gök, Dağ, Deniz), Boz Oklar (Yıldız, Ay, Gün) bölgüsü və 24 tayfa adının göstərilməsi bir yanlışdır. İlkin Türk cəmiyyəti, yəni Türk inanc sisteminə daxil olan toplumun Üç Ox üzrə bölgüsü belə olub: OKUZ, OKUR, OKOT.

Bu bölgü saklarda da öz əksini tapıb və müxtəlif qədim yunan mənbələrdə SKUZ, SKLUZ, UZ, QUZ və s. — Oğuzlarla (Okuz), SKUR, SAKAR, UTRUQUR, KUTRİQUR və s. Oğurlarla (Okur) və SKUT, SKOLOT və s. Oxotlar (Okot) kimi adlarda öz əksini tapıb. Türklərin cinah, cəhət üzrə bölgüsü isə iki cəhət üzrə Şərq və Qərb olaraq bölünüb. Qərbdə yaşayan türklər PİRANLAR, Şərqdə yaşayanlar isə NURİNLƏR adlanıblar. Yanlış olan nədir? Əslində bölgüdə Oğuzlarla Qıpçaqları ayrı götürmək ən böyük yanlışımızdır. Qıpçaqlar sadəcə oğuzlarla oğurların qarışıq toplumudur və daha çox oğuzlara aiddir. «Kitabi Dədə Qorqud» bu bölünməni İÇ OĞUZ VƏ DIŞ OĞUZ olaraq verir. Bu bölgü bu günədək kimsə tərəfindən araşdırılmasa da «Çingiznamə», «Baburnamə» və «Əkbərnamə» (Əbul Fəzl Əllami) əsərlərində Çingiz Xan nəslinin Oğuz boyunun Nurinlər qoluna aid olduğunu yazıb. Nurinlər «nurdan doğulmuşlar»a deyilir. Türk mifologiyasında «nurdan hamilə qalmış» bakirə qızdan doğulmuşların nəsli belə adlanır. Piranlar isə müqəddəslər, Pirlər nəslidir və bu nəsil Qərbdə yaşayan türklərə işarət edir. Giperboree (Böyük Börü) adıyla tarixi mənbələrdə əks olunan bu tayfa əsasən Misirdə hökmranlıq etmiş Fironlarla (əslində PİRAN) məşhurdur. Bəzilərinə qəribə gəlsə də piranlar Azərbaycandan getmiş müqəddəslərdir. Tikilmiş Piramidlər də bu fikri təsdiqləyir. «Kitabi Dədə Qorqud»da bir deyim var: «Amid suyunun aslanı»… Pir Amid, yəni Amid şərəfinə tikilmiş Pir. Burada böyük bir sirr var və bunun açarı Uyğurstanda olan Türk pramidasında tamamlanır.

Alman tədqiqatçılarının ən son araşdırması bir daha bu faktı təsdiqlədi. Tübingen Universitetində və Jenadakı Maks Plank İnsan Tarixi Elmləri İnstitutunda həyata keçirilən tədqiqat fironların ilk həqiqi gen məlumat bazasını yaratdı. “Nature Communications” jurnalında dərc edilən araşdırma, müasir misirlilərin əcdadlarından daha çox Saharaaltı Afrika genlərini daşıdığını müəyyən etdi. Qədim misirlilərin gen baxımından Yaxın Şərq, (daha dəqiq desək Anadolu və Azərbaycan) xalqları ilə daha yaxından əlaqəli olduğu qeyd edilərkən, araşdırmaya rəhbərlik edən Yohannes Krause araşdırmanı 151 mumiya ilə apardıqlarını ifadə edib. Türk genlərini görüncə öncə türk desələr də sonra «türk» sözünü qafqazlı sözü ilə əvəz etməyə çalışdılar.

Daha aydın olmaq üçün bildirim ki, bu 3 Türk toplumu Oğuzlar, Oğurlar və Oxotlar iç-içə yaşamışlar və zaman-zaman ayrılmalar baş vermişdir. Oğuzlar və Oğurlar haqqında çox danışılsa da oxotlar qismən unudulmuşdur. Onlar kimlərdir? Düşünürəm ki, çeçenlər, qırmızı dərililər, çukotda yaşayan azsaylı xalqlar və s. bu qoldan ayrılmış xalqların nümayəndələridir. Bəzən bu paralellərdən danışanda adını tarixçi (əslində tarix fakültəsini bitirmişlər) qoyanlar «daş atıb başlarını tutar» və əsassız iddialar irəli sürərlər ki, hər şeyi türk eləmə. Amma mən nə edim ki, Tarix türklərdən, daha dəqiq desək Azərbaycandan başlayır…

Xaqani Ədəboğlu Rzaqulibəy,

Tarixçi Alim.

Related Articles

Bir cavab yazın

Back to top button