İran

Oktyabrın 1-də daxil və xaricdə İran hökumətinə qarşı geniş aksiyalar planlaşdırılıb

Öyrənci və gənclərin yaydığı çağırışda Tenran Universitetlərin qarşısında aksiya keçirməyə çağırış edilib.

Oktyabrın 1-də İran daxilində və bu ölkənin xaricdəki səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək.

Tehranlı öyrənci və gənclərin yaydığı bəyanatda isə həin gün yerli vaxtla saat 14:00-da Tehran Universitetlərinin qarşısında aksiyaya çağırış edilib.

Universitetlərin bağlanmasını hakimiyyətin öyrəncilərin etiraz aksiyalarına qoşulmasından duyduğu qorxudan irəli gəldiyini deyən bəyanat müəllifləri qeyd olunan tarixdə bütün gənclər və öyrəncilərin birgə aksiya keçirəcəklərini vurğulayıblar.

Bununla yanaşı İran hökumətinə müxalif təşkilat və qruplar da, oktyabrın 1-də İranın xarici ölkələrdəki səfirlikləri qarşısında etiraz aksiyalarının keçiriləcəyi ilə bağlı bildiriş yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button