İran

Oktyabrın 9-da nümayişlər İranda yeni şəhərlərə yayılıb

İran xalqlarının Tehran hökumətinə qarşı ümumölkə qiyamının ardınca oktyabrın 9-u axşam ölkənin bir sıra bölgələrində mitinqlər keçirilib və bəzi şəhərlər ilk dəfə olaraq kütləvi etiraz aksiyalarına qoşulub.

Xarici və sosial mediada yayılan videolarda insanların bir neçə şəhərdə, o cümlədən Tehran, Sənəndəc, Qərbi Azərbaycan Soyuqbulaq (Mahabad) və Saqqız şəhərlərində, Zəncan və başqa şəhərlərdə nümayişlərin keçirildiyini göstərir.

Verilən məlumatlarda Soyuqbulaq şəhərində etirazçıların bir neçə yolu bağladığı və hökumət qüvvələrinə qarşı müqavimət göstərdikləri deyilir.

Sənəndəc şəhərində isə məmurların Əli Xameneyi əleyhinə şüar verən etirazçılara qarşı gözyaşardıcı qaz və bir sıra hallarda odlu silahlardan istifadə etdiyi qeyd olnnub.

Sentyabrın 8-də Sənəndəc şəhərində kütləvi aksiyaların genişliyi və bir neçə nəfərin öldürülməsindən sonra hökumət Kürdüstan əyalətində bütün məktəb və ali təhsil ocaqlarının balanması barədə qərar verib.

Bununla yanaşı 9 oktyabr gecə saatlarında Təbriz ən azı iki bölgəsində aksiya keçirilib və “Xameneyiyə ölüm”, “diktaora ölüm” şüarları səsləndirilib.

Veilən məlumatlarda Təbrizdəki aksiyaçılara dəstək olaraq davamlı siqnal verən onlarla avtomobilin xüsusi təyinatlı qüvvələr tərəfindən əzildiyi, şüşələrinin sındırıldığı deyilir.

Bundan öncə yaydıqları bildirişlərə əsasən bazar günü onlarla Universitetin öyrənciləri etiraz aksiyalarını davam etdirib, Universitetb ətrafı və içində toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib və həbs edilən öyrəncilərin azadlığını tələb ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button