İran

Rəşt zindanında üsyan olub- 8 nəfər öldürülüb

Bu barədə sosial media və insan haqları təşkilatları, xarici media məlumat yayıb.

Bir sıra insan haqları təşkilatları və sosial media fəallarının verdiyi məlumata görə, Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin “Lakan” zindanında üsyan olub.

Məlumatda həbsxananın 11-ci bölməsində güclü yanğın baş verdiyi, məhbuslarla nəzarıtçilər arasında baş verən qarşıdurmada məmurların tərk silah edildiyi, zindan məsullarından bir neçəsinin məhbuslar tərəfindən girov götürüldüyü bildirilir.

İran hökumətinə müxalif “Xalq Mücahidləri Təşkilatı” Rəşt radiosuna istinadən bildirirki, məhbuslarla hökumət qüvvələri arasında baş verən toqquşma zamanı 4 nəzartçi və 4 məhbus öldürülüb.

Oktyabrın 9-u gecə saatlarıda Lakan zindanına gedən yolların bağlandığı, oraya xüsusi təyinatlı qüvvələrin köçürüldüyü deyilir.

Məhbuslara aid oluduğu iddia olunan səs yazısında onlar vətəndaşlardan Lakan zindanı ətrafına toplaşmağı və əlavə hökumət qüvvələrinin zindana cəlb olunmasının qarşısını almaları istənilir.

Qeyd edək ki, son etiraz aksiyalarında Gilan əyalətinin bir neçə şəhərində həbs edilən yüzlərlə məhbus bu zindana köçürülüb və onların təxmini sayının 500 nəfər olduğu bildirilir.

Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun başçısı Mehdi Fəllah Miri zindanda baş verən hadisəni təsdiqləsə də, bunun məhbuslar arasında baş verən kütləvi dava nəticəsində meydana gəldiyini iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button