Dünya

ÖLKƏNİN OPEK-DƏKİ NÜMAYƏNDƏSİ ÖLDÜ

Bu yaxınlarda “beyin qanaması” səbəbiylə komaya düşmüş və Tehranın Lale mərizxanasına yerləşdirilən iranlı diplomat, bu ölkənin təcrübəli icraçı müdirlərindən sayılan və İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili şənbə günü səhər saatlarında vəfat edib.
Ümumilikdə 20 ildir ki, İran İslam Cumhuriyətini OPEK-də təmsil edən Kazempur Ərdəbilinin ölümü, dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşdığı və ”Reuters”in məlumatına görə, İranın neft sadiratının da Amerika təhrimlərinin ardından ən aşağı həddə çatdığı bir vaxta təsadüf edir.
Xatırladaq ki, Kazempur ordibeheştin əvvəllərində beyin qanaması səbəbi ilə Tehranın Lale mərizxanasının xüsusi kontrol bəxşinə yerləşdirildikdən sonra komaya düşüb. O, ordibeheştin 17si, şənbə günü səhər vəfat edənədək bir neçə həftə komada qalmışdı.
Son günlər Sipaha yaxın Fars xəbər ajansında onun koronavirusa tutulma nəticəsində mərizxanaya yerləşdirildiyi güman edilirdi.

Related Articles

Bir cavab yazın

Back to top button