Həkim Vəli Rəhimzadə gölün qurumasının insanların sağlamlıqlarına təsirlərinə laqeyd yanaşıldığını qeyd edib:
“Ötən 15 ildən hal-hazıradək gölün qurumasının nəticələri barədə xərçəngşünasların mütəxəssis fikirləri öyrənilməyib.
Bu istiqamətdə göldən nümunələr götürülməli və beynəlxalq etibarlı laboratoriyaların əməkdaşlığı ilə onların insan sağlamlığına dağıdıcı təsirlərini öyrənmək lazımdır”.
Onkoloq sözlərinin davamında ölkə rəsmilərinə xitabən deyib: “Gölün qurumasının insana təhlükələri çevrəyə təsirlərindən daha böyükdür. Ona görə də xalqı bu barədə
məlumatlandırmaq üçün gərəkən işlər görülməlidir”.