Bunu Merilend ştatının Annapolis şəhərində keçirdiyi mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Yaxın Şərqdə aviadaşıyıcı hücum qrupumuzun mövcudluğunu saxlamaq üçün mən “USS Abraham Linkoln”a bu ayın sonunda “USS Theodore Ruzvelt”i əvəz etməyi əmr etdim. Mən həmçinin bölgəni raketdən müdafiəni təmin edə bilən əlavə kreyserlər və esmineslər sifariş etdim. Və Mən müdafiə hava dəstəyi imkanlarımızı gücləndirmək üçün Yaxın Şərqə əlavə döyüş təyyarələri eskadrilyasının göndərilməsini əmr etdim”, – deyə o bildirib.