Azərbaycanİran

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib

İnternetin kəsilməsi və sərt təhlükəsizlik tədbirlərinə baxmayaraq 83 şəhərdə keçirilən aksiyalar zamanı narazılara qarşı atəş açıldığı üçün bir neçə şəhərdə yarım hərbi Bəsic qüvvələrinin qərargahı yandırılıb.

Sentyabrın 23-dən 24-ə keçən gecə davam edən aksiyalarda “Xameneyiyə ölüm”, “azadlıq, azadlıq”, “axund gərək rədd ola” şüarları səsləndirilib.

Qərbi Azərbaycan əyalətinin Bukan, Üşnü, Urmu şəhərləri, Kürdüstanın mərkəzi Sənəndəc, Rey şəhəri və Rəşt şəhərində xüsusi hökumət qüvvələri etirazçılara qarşı atəş açıblar.

Urmu, Bukan və Üşnüdə qarşıdurmalar daha şiddətli olub, bir neçə yerdə SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinə məxsus qərargahlar yandırılıb.

Yayılan videolara görə, hökumət məmurları pencərələrdən video çəkən vətəndaşlara qarşı atəş açıb, onların evlərinə soxularaq döyüb, özləri ilə aparıblar.

Bir neçə şəhərdə, o cümlədən Qum və Mşhəddə etirazçılar molotof kokteyli ilə xüsusi təyinatlı qüvvələrə qarşı müqavimət göstərib, onları qaçmağa məcbur ediblər.

Məcburi hicaba etiraz əlaməti olaraq Məşhəddə hicab və islam inqilabi nəzəriyyəçilərdən olan Mütəhhərinin heykəli yandırılıb.

Bununla yanaşı etiraz aksiyalarının keçirildiyi şəhərlərdə Xameneyi, Xomeyni və Qasım Süleymaninin banerlərinə od vurulub.

İran İnsan Haqları Təşkilatı və fəallar internetin kəsilməsinə, sentyabrın 23-də hökumətin əks aksiya təşkil etməsinə və kütləvi etirazları yatırmaq üçün daha çox silahlı qüvvə cəlb etməsinə baxmayaraq, nümayişlərin dahada gücləndiyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button